AZ

Türkiyədə bu göstərici dördüncü aydır düşür

2024-cü ilin sentyabr ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 49,4 faiz artıb.

Musavat.com Türkiyə Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, bu, 52 faizlik inflyasiya qeydə alınan avqust ayı ilə müqayisədə müsbət irəliləyişdir.

Artıq 4-cü aydır ki, inflyasiyanın sürəti azalır.

Trading Economics analitiklərinin konsensus proqnozu 48,3 faiz idi.

Sentyabrda ərzaq və alkoqolsuz içkilərin qiymətində artım avqustdakı 44,9 faizdən 43,7 faizə, nəqliyyat xidmətlərində 29 faizdən 26,6 faizə, kommunal xidmətlərdə 101,49 faizdən 97,87 faizə enib. Otel, kafe və restoranlarda qiymətlər 65,41 faiz (bir ay əvvəl +67,7 faiz), alkoqol və tütün məmulatları 52,35 faiz (+60,94 faiz), təhsil xidmətləri 93,59 faiz (+120,81 faiz), tibbi xidmətlərdə 50,7 faiz (+53,49 faiz) bahalaşıb.

Türkiyədə istehlak qiymətləri avqustda aylıq ifadədə 3,2 faiz artdıqdan sonra sentyabr ayında əvvəlki aya nisbətən 2,5 faiz artıb.
Ötən ay ölkədə istehsalçı qiymətləri (ÜFE) illik bazada 33,09 faiz, aylıq bazada isə 1,37 faiz artıb. Avqustda onlar müvafiq olaraq 35,75 faiz və 1,68 faiz artmışdı.

Türkiyə Mərkəzi Bankı bu ilin mart ayından etibarən əsas faiz dərəcəsini 50 faiz səviyyəsində saxlayıb və sərt pul siyasəti inflyasiyanın azalmasına kömək edir. 2023-cü ilin iyun ayında bu nisbət 8,5 faiz idi.

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr