AZ

"Qarabağ"ın hücumçusu Obameyanq və Luis Suaresi qabaqladı

2024-cü ildə ən çox qol vuran futbolçuların siyahısı bəlli olub. "Qarabağ"ın vingeri Olaviyo Juninyo Obameyanq və Luis Suares kimi ulduzları qabaqlayıb.

Siyahıda ilin ilk 9 ayında ən azı 22 qol vuran futbolçular yer alıblar.

Buna nail olan 52 oyunçu arasında "Qarabağ"ın braziliyalı forvardı Olavio Juninyo da var. O, 23 qolla dünyada 33-cüdür.

Juninyo Premyer Liqada 9, ölkə kubokunda 5, avrokuboklarda 9 qola sevinib. O, Vinisius Junior, Pyer-Emerik Obameyanq, Luis Suares kimi ulduzlara cədvəldə yuxarıdan aşağıya baxır.

Siyahının lideri də dəyişib. İsveç millisinin və Portuqaliyanın "Sportinq" klubunun forvardı Viktor Qyökeres 40 qolla zirvəni ələ keçirib. Çinin "Şanxay Port" klubunun oyunçusu Vu Ley 38 qolla ikincidir. İlk üçlüyü İngiltərə millisi və "Bavariya"dan Harri Keyn tamamlayır - 35 qol.

"Cebheinfo.az"

Seçilən
7
2
cebheinfo.az

3Mənbələr