AZ

Böyük Britaniyanın xidmət sektorunda artım tempi zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyanın xidmət sektorunda artım tempi sentyabr ayında yavaşlayıb.

Banco.az xəbər verir ki, “S&P Global” Böyük Britaniyanın xidmət sektoru Satınalma Menecerləri İndeksinin (PMI) sentyabr ayı məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, ölkədə xidmət sektoru PMI sentyabr ayında 52,4 punkt olub. Avqust ayında xidmət sektoru PMI 53,7 olaraq hesablanmışdı.

Beləliklə,  xidmət sektorunun fəaliyyəti sentyabr ayında əvvəlki ayla müqayisədə sürətini itirsə də, artım zonası olan 50 səviyyəsindən aşağı düşməyib.

Əlavə olaraq, qeyd edək ki, xidmət sektoru PMI 2023-cü ilin noyabr ayından etibarən müsbət zonadadır.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
5
banco.az

1Mənbələr