AZ

Suqovuşan bizim üçün qalibiyyət rəmzidir- ÖZƏL

"Suqovuşan bizim üçün tək dirilik deyil, həm də qalibiyyət rəmzidir. Onun azad edilməsi Azərbaycan Ordusuna bir sıra üstünlüklər qazandırmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova deyib: "Azərbaycan Qarabağın açarını Suqovuşanı işğaldan azad etməklə əldə etmişdir. Bununla da düşmənin əsas təminat yolları, eləcə də digər strateji istiqamətlər Azərbaycan Ordusunun nəzarətinə keçmişdir. Bu hadisə Azərbaycan ordusuna, xalqımıza əlavə mənəvi güc vermiş və bu güc sonrakı bütün qələbə xəbərlərinin əsas stimuluna, qaynağına çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2021-ci ilin aprelində azad edilmiş torpaqlarda görüləcək layihələr barədə çıxışında Tərtər rayonunun Suqovuşan qəsəbəsi ilə bağlı belə bir fikir vurğulamışdır: "Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür. Bu bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Bu qəsəbənin azad edilməsinin digər önəmli tərəfi, bir daha demək istəyirəm ki, mənəvi-psixoloji üstünlüyümüzün daha da möhkəmləndirilməsidir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr