AZ

Fransadan "Beşiktaş"a qadağa

UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Beşiktaş" "Lion"un qonağı olacaq. 

Apasport.az Fransa mətbuatına istinadla xəbər verir ki, Fransada Xuliqanlığa qarşı Mübarizə Bölməsi qarşılaşmanı çox riskli dəyərləndirib. 

Belə ki, "ağ-qaralı" klubun azarkeşləri səfər matçında iştirak edə bilməyəcəklər. Bu barədə Rhon əyalət qubernatoru fərman imzalayıb. 

Sənəddə “Beşiktaş” azarkeşlərinin oyun günü Lion şəhər mərkəzi, qatar stansiyaları, hava limanları, stadion və ətraf ərazilərdə olmalarının qadağan edildiyi bildirilib.

Lyon

Xatırladaq ki, 2016-2017 mövsümündə UEFA Avropa Liqasının 1/4 final mərhələsində oynanılan "Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında insidentlər yaşanıb və matç 45 dəqiqəlik gecikmə ilə başlayıb.

UEFA 2 il ərzində oxşar halların təkrarlanacağı təqdirdə hər iki komandanın 1 il avrokuboklardan kənarlaşdırılacağını açıqlamışdı.

Qeyd edək ki, qarşılaşma 24 oktyabr saat 23:00-da keçiriləcək. 

“Yuventus”un hücumçusu bu il meydana çıxa bilməyəcək

Salah Droqbanı ötdü

“Barselona” “Lill”in forvardını istəyir

Messi yenidən Argentina millisində

Seneqal millisində ayrılıq

Seçilən
31
apasport.az

1Mənbələr