AZ

Babayan separatçılara səsləndi - "Birləşək, iki il sonra..."

Ləğv edilmiş separatçı rejimim “təhlükəsizlik şurasının katibi” Samvel Babayan fəal şəkildə 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, o, son vaxtlar mütəmadi olaraq Ermənistanın müxtəlif siyasi qüvvələri ilə görüşür, seçkilərdə iştirak üçün koalisiya yaratmağı təklif edir.

Babayan Qarabağ ermənilərinə də təklif verib ki, 2026-cı ildə gözlənilən seçkilər zamanı onun ətrafında birləşsinlər və bir cəbhədə hərəkət eləsinlər.

Nəşrin bildirdiyinə görə, Babayan İrəvanda fəaliyyətini davam etdirən keçmiş qondarma qurumun QHT-yə çevrilməsinin tərəfdarıdır. Mənbə əslində bunun Nikol Paşinyan hökumətinin planı olduğunu, məqsədin separatçı ünsürlərin fəaliyyətlərinə birdəfəlik son qoymaq olduğunu iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
7
teleqraf.com

1Mənbələr