AZ

"İran Fələstini işğaldan azad olunana qədər dəstəkləyəcək" - Pezeşkian

"İran Fələstini İsrail işğalından tam azad olunana qədər dəstəkləyəcək".

"Unikal" xəbər verir ki, bunu ölkə prezidenti Məsud Pezeşkian Qətərdə keçirilən Asiyada Əməkdaşlıq üzrə Dialoq iştirakçılarının üçüncü sammitində çıxışı zamanı deyib.

"Biz Fələstin tam azad olunana qədər Fələstin müqavimətini dəstəkləməyə davam edəcəyik " - deyə İran lideri bildirib.

Oktyabrın 1-də İsrail ordusu  İranın  İsrailə raket zərbələri endirdiyini bildirib. Söhbət 400 mərmidən gedirdi.

Məlumata görə, raketlərin 80%-i  İsrailin hava hücumundan müdafiə sistemini üstələyib  və ölkədəki hədəfləri vura bilib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin sözlərinə görə, İsrailə raket hücumunun hədəfi  MOSSAD kəşfiyyat agentliyinin qərargahı olub.

Gülayə Mecid

Seçilən
1
unikal.az

1Mənbələr