AZ

SOCAR Midstream Buzovna çimərliyində təmizlik aksiyası keçirib - FOTO - VİDEO

SOCAR
“SOCAR Midstream Operations” MMC Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə Buzovna qəsəbəsində yerləşən çimərlikdə təmizlik aksiyası keçirib. “Xəzər həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan aksiya çimərlik mövsümünün başa çatması ilə əlaqədar təşkil olunub.
Təmizlik aksiyası zamanı “SOCAR Midstream Operations” MMC əməkdaşları və ailə üzvləri tərəfindən 700 kq-dan çox zibil toplanılaraq, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib. Tədbirin məqsədi ictimaiyyətin diqqətini təbiətin mühafizəsi və Xəzər dənizinin ətraf mühitinin qorunmasına cəlb etmək, o cümlədən Azərbaycanda ekoloji maarifləndirmə işini təşviq etməkdir. SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC 24 iyul 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. SOCAR Midstream neft və qaz ixrac boru kəmərlərində və obyektlərində SOCAR-ın strateji səhmdar hüququnu və maraqlarını təmsil edir. SOCAR Midstream Cənubi Qafqaz Boru Kəmərinin kommersiya və texniki operatorudur.
Seçilən
7
1news.az

1Mənbələr