AZ

Fransa polisi V.İsgəndərlinin ölümü ilə bağlı intensiv istintaq aparır

Fransanın Müluz şəhərinin polisi və prokurorluğu azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərlinin qətli ilə bağlı iş üzrə intensiv istintaq hərəkətləri aparır. Bu barədə Turan-a onun qardaşı Oqtay İsgəndərli bildirib.

Onun sözlərinə görə, V.İsgəndərlinin qətli rezonans doğurub və Fransanın və digər Qərb ölkələrinin aparıcı KİV-ləri bu barədə məqalələr dərc ediblər, onlar mərhumun ailəsi ilə görüşüb, onların evində olub, çəkiliş aparıb və videoreportajlar yayımlayıblar", deyə mərhumun qardaşı qeyd edib. 

V.İsgəndərlinin meyiti ekspertiza aparılması üçün xəstəxanada saxlanılır, bu, iki həftəyə qədər çəkə bilər. Qardaşının sözlərinə görə, siyasi mühacir Müluzda dəfn olunacaq. 

Polis istintaq sirrinə istinad edərək, təhqiqatın gedişatı və şübhəlilər haqqında heç bir məlumat vermir.

Xatırladaq ki, sentyabrın 29-da səhər tezdən Vidadi İsgəndərli Müluz şəhərində öz evində üç naməlum şəxsin hücumuna məruz qalıb. Hücum edənlər ona 24 bıçaq xəsarəti yetirib, oktyabrın 1-də isə o, yerli xəstəxanada ölüb.

İsgəndərli iki il əvvəl də hücuma məruz qalmışdı və polis bunun yerli kriminal qrupların işi olduğunu müəyyən etmişdi. İsgəndərli sifarişin Azərbaycan hakimiyyətindən daxil olduğunu hesab edirdi.

Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyətə qarşı kəskin və emosional tənqidləri ilə məşhur idi. Lakin çox vaxt o, bunu qeyri-etik, təhqiredici formada edirdi.

Azərbaycanda İsgəndərli müxalif fəaliyyətlə məşğul olurdu, həbs edilmiş və mühakimə edilmişdi. Təxminən 10 il əvvəl o, Fransaya mühacirət edib.

Seçilən
17
turan.az

1Mənbələr