AZ

SEPAH Sistan və Bəlucistanda əməlyyat keçirib: 5 ölü və yaralı

SEPAH və İranın təhlükəsizlik qüvvələri sünni məzhəbli etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin Çabahar rayonunun Pir Söhrab bölgəsində əməliyyat keçirib.

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, SEPAH və təhlükəsizlik məmurlarının yarım ağır silahlardan da istifadə edərək Belingi kəndində bir mağazaya hücumu nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Şübhəli avtomobili təqib edən hökumət məmurları avtomobilin mağazanın qarşısında dayandığını gördükdən sonra atəş açmağa başlayıblar",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, İranın dövlət mediası hücumun "Ceyş əl-Ədl" silahlı təşkilatının üzvlərinə qarşı keçirildiyini yazıb.

Rəsmi məlumatlarda öldürülən şəxslərdən çox sayda silah və sursat götürüldüyü iddia edilib.

Qeyd edək ki, son iki gün ərzində Sistan və Bəlucistan əyalətinin iki rayonunda hökumət məmurlarına qarşı hücum olub.

Hücum nəticəsində 4 SEPAH və təhlükəsizlik məmuru həlak olub, bir neçə nəfər yaralanıb.

visiontv.az



Seçilən
14
visiontv.az

1Mənbələr