AZ

Vensan Kompani “Aston Villa”ya məğlubiyyəti şərh etdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Aston Villa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Almaniya nəhəngi İngiltərə təmsilçisi ilə səfər oyunundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Belçikalı mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz məğlub olduq və bundan dərs almalıyıq. Məğlubiyyət yarışın nəticəsini həll etmir, ona görə də eyni ruhda davam etməliyik. Biz, topa sahib olduğumuz zaman təhlükəli oluruq, amma onlar güclü komandadır. “Aston Villa”nın meydanında onlara qarşı oynamaq heç də asan deyil”, deyə Vensan Kompani rəqibi yüksək qiymətləndirib.

Vurğulayaq ki, bu məğlubiyyət “Bayern”in belçikalı mütəxəssis Vensan Kompaninin rəhbərliyi altında ilk məğlubiyyəti kimi əlamətdar olub.

2-ci turdan sonra “Bayern” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 3 xalla 16-cı pillədə qərarlaşıb. “Aston Villa” isə 6 xalla 6-cı pillədədir.

Seçilən
28
arena.az

1Mənbələr