AZ

İsrail HƏMAS liderlərinin sıradan çıxarılmasını elan edib

İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Qəzza zolağında HƏMAS hökumətinin başçısı Ruhi Müştahın ləğv olunduğunu rəsmən elan edib.

Oktyabrın 3-də dərc edilən məlumata görə, Müştah təxminən üç ay əvvəl HƏMAS-ın icraiyyə komitəsində təhlükəsizlik üzrə məsul olan Samih əl-Sərrac və HƏMAS-ın ümumi təhlükəsizlik aparatına rəhbərlik edən Sami Odehlə birlikdə hava hücumu nəticəsində öldürülüb.

Onlar Qəzza zolağının şimalında möhkəmləndirilmiş yeraltı bunkerdə gizlənərkən öldürülüblər.

Müştah Həmas veteranı idi, həm də Qəzza zolağında hökumət başçısı vəzifəsində çalışarkən hərbi qərarların qəbulunda iştirak etmiş və əvvəllər Qəzzada Həmas hökumətinin maliyyə naziri vəzifəsində çalışmışdır. O, Yəhya Sinvarın sağ əli və tərəfdaşlarının ən yaxını idi.

Miri

 

Seçilən
10
oxu24.com

1Mənbələr