AZ

Bakıda altıotaqlı ev yandı - Video

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100kv.m, 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

Seçilən
6
12
qafqazinfo.az

10Mənbələr