AZ

Foreign Affairs Çinin inanılmaz hərbi imkanlarından yazdı

Çin iqtisadi problemlər yaşayır. Lakin onun müdafiə xərcləri artır və bəzi sahələrdə Çinin müdafiə sənayesi ABŞ-ni əhəmiyyətli dərəcədə qabaqlayır. Bu barədə Foreign Affairs (FA) məlumat yayıb.

Məqalədə o da qeyd edilib ki, Çin sürətlə inkişaf edir və ABŞ-nin qarşısını almaq üçün nəzərdə tutulmuş silah sistemləri istehsal edir.

"Beləliklə, Çin böyük miqdarda silah yaratmaq qabiliyyətinə görə artıq ABŞ-yə çatıb. Bu ölkə rəqibini qabaqlayaraq dünyanın ən böyük gəmi istehsalçısı oldu. Çinin bu istiqamətdə istehsal gücü ABŞ-dan təxminən 230 dəfə çoxdur",- nəşr yazıb.

2021-ci ildən 2024-cü ilin əvvəlinə qədər Çinin müdafiə müəssisələri 400-dən çox qabaqcıl döyüş təyyarəsi və 20 böyük döyüş gəmisi istehsal edib. Ölkə həmçinin nüvə başlıqlarının ehtiyatını iki dəfə, ballistik və qanadlı raketlərin ehtiyatını isə iki dəfədən çox artıra bilib. Yeni gizli bombardmançı da hazırlanıb.

Tural

Seçilən
12
news365.az

1Mənbələr