AZ

CHP növbədənkənar qurultaya gedir?

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) ilə bağlı daha bir iddia yayılıb. 

“Cebheinfo.az” xəbər verir ki, sabiq lider Kamal Kılıçdaroğluna yaxın olan bəzi üzvlər partiyanın növbədənkənar qurultaya getməsini istəyirlər.

Artıq bunun üçün imza toplanılmasına başlanıldığı da iddia olunur. Belə ki, partiya sədri Özgür Özəlin göstərişi ilə CHP-li deputatların parlamentdə Prezident Rəcəb Tayyib Ərdoğanı ayaq üstə qarşılaması partiya daxilində kriz yaradıb.

İlk təpkini də elə sabiq sədr Kamal Kılıçdaroğlu göstərib. Bunun ardınca isə bəzi deputatlar başda olmaqla partiya daxilində bir çox üzvün Özgür Özələ qarşı çıxdığı və qurultay tələb etdiyinə dair məlumatlar yayılıb.

İddialara əsasən, növbədənkənar qurultay olarsa, Kamal Kılıçdaroğlu CHP sədrliyinə namizəd ola bilər. Lakin bu iddialarla bağlı hələlik CHP və ya Kılıçdaroğlu cəbhəsindən hansısa açıqlama verilməyib. 

Seçilən
10
cebheinfo.az

1Mənbələr