AZ

"Çox məyusuq, çox pis oynadıq" - Karlo Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda səfərdə "Lill"dən aldıqları məğlubiyyəti (0:1) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Football Espana" italiyalı mütəxəssisin sözlərini belə çatdırıb:

"Oyunu təhlil etmək çətindir. Bütün komponentlərdə pis idik. Qol vəziyyətləri yarada bilmədik, topla ləng rəftar etdik, ideyasız göründük. Hücumçularımız daha şaquli oynamalıydılar. Ləng oynayırsınızsa, bu, istər-istəməz problem yaradacaq. Çox məyusuq, çox pis oynadıq".

Xatırladaq ki, 1-ci turda "Real" "Ştutqart"ı 3:1 hesabı ilə məğlub etmişdisə, "Lill" "Sportinq"ə uduzmuşdu - 0:2.

Nihat

Seçilən
8
fanat.az

1Mənbələr