AZ

Acun "Qalatasaray"ın rəsmilərini "topa tutdu" - FOTO

"Fənərbağça" klubunun idarə heyətinin üzvü Acun Ilıcalı şəxsi "ınstagram" hesabından "Qalatasaray" rəsmilərini sərt şəkildə tənqid edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tanınmış iş adamı Acun Ilıcalı şəxsi "ınstagram" profilindən "Qalatasaray"ın futbolçu transferində fırıldaqçılıq etdiyi, maaşların qiymətində saxtakarlıq etdiyini bildirib.

O, əlavə olaraq "sarı-qırmızılar"ın rəsmilərinin "Fənərbağça" klubuna durmadan böhtan atdığını da dilə gətirib.

Qeyd edək ki, Acun Ilıcalı ötən gün keçirilən mətbuat konfransında iki saat müddətində jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
5
milli.az

1Mənbələr