AZ

Lukaşenko: Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib - YENİLƏNİB

Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

"Biz üçüncü ölkələrə qarşı dostluq etmirik, hər şeyi xalqlarımızın naminə reallaşdırırıq”, - Belarus Prezidenti qeyd edib.

12:10
Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında Azərbaycanın Baş naziri Əli Əsədovla danışıqlar aparır.

Bu barədə "Pul Pervovo” teleqram kanalında məlumat yayılıb.

Məlumatda bildirilib ki, çoxsaylı görüşlər, danışıqlar olacaq.

Qeyd edək ki, Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun dəvəti ilə ötən gün Belarusa rəsmi səfərə gedib.
Seçilən
3
5
7news.az

10Mənbələr