AZ

Quranı yandırmışdı, indi də dövlətə xəyanətdə ittiham edilir

Volqoqrad vilayətinin prokurorluğu Quranı yandırmaqda təqsirli bilinən Nikita Juraveli dövlətə xəyanətdə "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi) ittiham edib. 

Ölkə.Az xəbər verir ki, 2024-cü ilin fevralında xuliqanlıq və dindarların hisslərini təhqir etməkdə ittiham edilərək üç il yarım müddətinə azadlıqdan məhrum edilən Juravel indi də Ukrayna xüsusi xidmət orqanlaır ilə əməkdaşlıqda ittiham olunur.

Araşdırma nəticəsində bəlli olub ki, Juravel Ukrayna tərəfinə hərbi texnikanın hərəkətini, hərbi təyyarələrini daşıyan qatarın videoyazılarını, habelə hərbi hissələrdən birinin xidməti maşınının marşrutu haqqında məlumat təqdim edib. 

İş baxılması üçün məhkəməyə göndərilib. Dövlətə xəyanət maddəsi üzrə maksimum sanksiya ömürlük həbsə qədər cəza nəzərdə tutur.

Qeyd edək ki, Nikita Juravel 2023-cü ilin mayında Volqoqradda məscidin yanında Quranı yandırıb. Dindirmə zamanı o, dini ədavəti qızışdırmaq məqsədilə ona pul mükafatı təklif edən Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiyini etiraf edib. 

Mürtəza
Ölkə.Az

Seçilən
19
olke.az

1Mənbələr