AZ

İrəvan Bakı ilə diplomatik münasibətlər qurmaq istəyir - AÇIQLAMA

Ermənistan hesab edir ki, artıq sülh sazişi layihəsi üzrə razılaşdırılmış bəndlər ən azı iki ölkə arasında diplomatik münasibətlərin qurulması və qalan məsələlərin müzakirəsinin davam etdirilməsi üçün kifayətdir.

Modern.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

O, Ermənistan cəmiyyətini əmin edir ki, sülh müqaviləsinin məzmunu ictimaiyyətdən gizli deyil.

“Bu proses şəffafdır, biz proseslər barədə mütəmadi məlumat veririk, bütün görüşlər üçün müvafiq press-relizlər yayılır, məzmun barədə həm baş nazir, həm də xarici işlər naziri mütəmadi olaraq məlumatlandırılır”, - deyə o, jurnalistlərə bildirib.


“Azərbaycan niyə Ermənistanın bu təklifi ilə razılaşmır, bəlkə səbəb Ermənistan Respublikasının Konstitusiyasındadır” sualına xarici işlər nazirinin müavini cavab olaraq deyib ki, konstitusiya dəyişiklikləri onların daxili işidir:

“Rəsmi Bakının ifadə etdiyi narahatlıqlara artıq cavab verilib: demarkasiya komissiyalarının reqlamentinin təsdiqi prosesində Konstitusiya Məhkəməsi Bakının ifadə etdiyi narahatlığın reallıqla heç bir əlaqəsi olmadığını göstərən şərhlər verib”, - Kostanyan qeyd edib.

Seçilən
0
1
modern.az

2Mənbələr