AZ

Laportanın Neymar planı

Neymarın “Barselona”ya dönüşü ilə bağlı xəbərlər çoxalmağa başlayıb. İspaniya mətbuatının yazdığına görə, klub prezidenti Xuan Laporta da bunda maraqlıdır.

Futbolinfo.az xəbər verir ki, qayıdış gələn yay reallaşmalıdır. Bu keçid “Barselona”ya havayı başa gələcək.

Mövsümün sonunda “Əl Hilal”la müqavləsi başa çatacaq braziliyalı Səudiyyə Ərəbistanından ayrılacaq. Ardıcıl ağır zədələr üzündən onsuz da komandaya faydası dəyməyən hücumçu Asiyada sevilmir. İlin sonunda sıraya qayıtması gözlənilən Neymara yen müqavilə təklif edilməyəcək.

Laporta Neymarı geri qaytarmaqla yenidən qurulan “Kamp Nou”da azarkeş ajioyajına nail olmaq niyyətindədir. Prezident yerli publikanın sevimlis olan futbolçuya görə bütün biletlərin satılacağına ümid edir.

32 yaşlı braziliyalı 2013-17-ci illərdə “Barselona”da oynayıb. O, 222 milyon avro qarşılığında PSJ-yə keçmişdi. “Əl-Hilal” isə onun üçün parislilərə 90 milyon avro ödəyib.

Seçilən
8
futbolinfo.az

1Mənbələr