AZ

Su resurslarının idarə edilməsinin yaxşılaşdırılmasının vacibliyini dəstəkləyirik - İtaliyanın Azərbaycandakı səfiri

Bakı. Trend:

İtaliya su resurslarının idarə edilməsinin yaxşılaşdırılmasınınvacibliyini dəstəkləyir.

Trend xəbər verir ki, bubarədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ADAUniversitetində keçirilən “COP29 işığında kənd təsərrüfatında və suehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar”adlı beynəlxalq simpoziumda deyib.

"Biz, həmçinin, qlobal istiləşmə və iqlim dəyişikliyiproblemlərini effektiv şəkildə həll etmək üçün əsas hədəf olaraq suresursları ilə bağlı infrastrukturu daha səmərəli istifadə edərək,kənd təsərrüfatının artırılmasını dəstəkləməyi də düşünürük", - obildirib.

Bundan əlavə, səfir son 3 il ərzində İtaliya İnkişaf ƏməkdaşlığıAgentliyinin su resursları ilə bağlı 465 milyon avro dəyərindədünya miqyasında 140 layihəni həyata keçirdiyini qeyd edib.

"Uzunmüddətli çoxtərəfli yanaşma prinsiplərinə sadiq qalaraq,İtaliya, xüsusən də UNESCO-nun Dünya Su ResurslarınınQiymətləndirilməsi Proqramı da daxil olmaqla, BMT-nin ProqramlarŞəbəkəsi çərçivəsində daha kompleks və koordinasiyalı yanaşmanıqətiyyətlə dəstəkləyir", - o əlavə edib.

Qeyd edək ki, ADA Universitetində Macarıstan, İtaliya vəQazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “COP29 işığındakənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsindədayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumkeçirilir.

Alimlərin, eləcə də, yerli və xarici ekspertlərin iştirak etdiyitədbirdə qlobal və regional perspektivlər müzakirə olunur, iqlimdəyişikliyinin təsirlərinə xüsusi diqqət yetirilir.

Seçilən
21
az.trend.az

1Mənbələr