AZ

Ançelotti “Lill”ə gözlənilməz məğlubiyyətinə aydınlıq gətirdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Lill”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Çempionlar Liqasının sonuncu qalibi olan İspaniya nəhəngi Fransa təmsilçisi ilə səfər oyunundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

İtalyan mütəxəssis qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu oyunu təhlil etmək çətindir. Biz hər cəhətdən bərbad idik. Heç bir fürsət yaratmadıq, topa sahib olmaqda ləngidik, heç bir oyun fikrimiz də yox idi. Bizim hücumçularımıza daha şaquli oyun gərəkdir. Yavaşlayanda, bu, fəsada çevrilə bilər. Bu, pis oyun idi. Pis sima nümayiş etdirdik və kədərli duyğularımız var”, deyə Ançelotti vurğulayıb.

2-ci turdan sonra “Real” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 3 xalla 23-cü pillədə qərarlaşıb. “Lill” isə 3 xalla 15-ci pillədədir.

Seçilən
9
arena.az

1Mənbələr