AZ

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Bakı. Trend

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi iləkeçirilmiş “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman vəMilli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusundaOmbudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının işğaldanazad olunmuş ərazilərə səfəri başlayıb.

Trend xəbərverir ki, səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, eləcə dəTürkiyə, Macarıstan, Qırğızıstan, Filippin, Keniya, ŞimaliMakedoniya, Mərakeş və Moldovadan ombudsmanlar, milli insanhüquqları institutlarının rəhbərləri, informasiya komissarları vəinsan hüquqları sahəsində ekspertlər iştirak edirlər.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsindətörədilmiş çoxsaylı genosid, urbisid, ekosid, kultursid cinayətlərivə digər faktlar barədə məlumatların dünya ictimaiyyətinəçatdırılması məqsədilə həyata keçirilən səfər çərçivəsində işğaldanazad edilmiş ərazilərdə, o cümlədən Ağdamda yerində müşahidəninhəyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, oktyabrın 2-də 30-a yaxın ölkədən 60-dan çoxqonaq, o cümlədən ombudsman və milli insan hüquqları təsisatlarınıntəmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksəkvəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sırabeynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi vəinsan hüquqları sahəsində ekspertlər – ümumilikdə 200-dən çoxşəxsin iştirak etdiyi Ombudsmanların Beynəlxalq Bakı Forumukeçirilib.

Forumda qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri vəonların həlli yollarını insan hüquqları perspektivindən müzakirəedilib, bu sahədə mövcud müsbət təcrübələri paylaşılıb.

Yekunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun Bəyannaməsisəsləndirilib və qəbul olunub.

Bəyannamə ekoloji problemlərin həlli istiqamətində ombudsman vəmilli insan hüquqları təsisatlarının rolunun gücləndirilməsinə,həmçinin müvafiq sahədə məlumatlılığın artırılmasına öz töhfəsiniverəcəkdir.

Xəbər yenilənəcək

Seçilən
22
12
az.trend.az

10Mənbələr