İsrail ordusu Livanın Beyrutuna yeni hədəfli zərbə endirib.
Bu barədə İsrail ordusunun Telegram kanalında məlumat yayılıb.
“İsrail Müdafiə Qüvvələri Beyruta hədəfli zərbə endirib”, – məlumatda deyilir.
Təfərrüatların daha sonra veriləcəyi qeyd edilir.
Bundan əlavə, İsrail döyüş təyyarələri daha əvvəl Dəməşqdə bir binaya hücum etmiş , 3 nəfəri öldürmüş, 3 nəfəri yaralamışdı.
Mənbə TASS