AZ

“İsrailə öz hava məkanını verən ölkəni düşmən kimi qəbul edəcəyik” –İranın XİN başçısı

“Hansı ölkə İsrailə öz hava məkanını verərsə, Tehran onu düşmən kimi qəbul edəcək”.

CNN-nin xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib.

O, heç kimin İsrailə belə bir icazə verməyəcəyinə ümid etdiyini bildirib.

Nazir bildirib ki, İranın raket zərbələrinin effektiv olub, atılan raketlərin 90 faizdən çoxunun hədəflərinə çatıb. Ərqaçi qeyd edib ki, İsrailin raketdən müdafiə sistemləri bu zərbələrin qarşısını ala bilməyib.

Bundan əvvəl bildirilmişdi ki, Tehran mümkün düşmən hərəkətlərinə cavabın əvvəlkindən daha güclü olacağı barədə xəbərdarlıq edib.

Azpost.info

Seçilən
5
azpost.info

1Mənbələr