AZ

Türkiyə XİN Naxçıvan Sazişinin ildönümü münasibəti ilə təbrik dərc edib

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Türk Dövlətləri Rəşkilatının əsasını qoyan Naxçıvan müqaviləsinin 15-ci ildönümü münasibəti ilə təbrik ismarıcı yayıb. Nazirliyin X şəbəkəsindəki səhifəsində dərc edilmiş ismarıcda deyilir:  "Türk Dövlətləri Təşkilatının təsis sənədi olan Naxçıvan Sazişinin 15-ci ildönümü münasibətilə bütün Türk Dünyasının 3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Gününü qürurla təbrik edirik!

Türk Dövlətləri arasında “Dildə, Fikirdə, İşdə Birlik” şüarına nail olmaq üçün var gücümüzlə çalışmağa əzmlə davam edəcəyik".

Hürr Tərcüman

Seçilən
9
4
hurriyyet.az

5Mənbələr