AZ

Şikayət: Xaricdə təhsil alan tibb işçiləri üçün imtahan keçirilmir - Rəsmi AÇIQLAMA

Rusiya və digər xarici ölkələrdə tibb təhsili alan bir qrup vətəndaş Azərbaycan işləmək üçün şərait yaradılmamasından narazıdırlar.

 

Modern.az-a müraciət edən vətəndaşlar xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə keçirilən imtahanın keçirilmədiyini, buna görə də tibb fəaliyyəti ilə məşğul ola bilmədiklərini qeyd edirlər.

 

Vətəndaşlar bildirir ki, sözügedən imtahan2023-cü ildə keçirilib və həmin imtahanda iştirak edən həkimlər müvafiq sahəfə fəaliyyət göstərir. Amma imtahanda iştirak etməyənlər üçün yenidən imtahan təşkil olunmayıb.

 

Şikayətlə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

 

Qurumdan bildirilib ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyətinə buraxılmaq üçün müraciət edən şəxslər 2011-ci ildən sonra xarici ölkələrdə aldığı ali ixtisas tibb təhsili (diplomdansonrakı ixtisaslaşma hazırlığı) ilə uyğun ixtisas üzrə Azərbaycan Respublikasındakı rezidentura təhsili müddəti və proqramları arasında uyğunsuzluq olduğu halda həmin şəxslər rezidenturaya qəbul olmalıdırlar:

 

"Səhiyyə Nazirliyinin 29 aprel 2022-ci il tarixli Əmrinə əsasən 2011-ci ildən etibarən rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə Klinik ordinatura təhsili almış şəxslərin ixtisasları üzrə Səhiyyə Nazirliyi tərəfindən müvəqqəti tənzimləmə tədbirlərinin görülməsi məqsədilə imtahan keçirilib. Təkrar imtahanın keçirilməsi nəzərdə tutulmayıb. 


Xarici ölkələrdə tibb təhsili almış vətəndaşlar e-sehiyye.gov.az səhifəsində kabinet yaradaraq sənədlərini yükləyə bilər. Müraciətlərə Komissiya tərəfindən baxıldıqdan sonra rəy veriləcək".

Seçilən
25
2
modern.az

3Mənbələr