AZ

İran xəbərdarlıq edir: İsrailə səmasını açan ölkələr düşmən hesab ediləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hansı ölkə İsrailə öz hava məkanını verərsə, Tehran onu düşmən kimi qəbul edəcək".
Oxu.Az-ın SNN-ə istinadla verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib.
O, heç kimin İsrailə belə bir icazə verməyəcəyinə ümid etdiyini bildirib.
Diplomat, həmçinin İranın raket zərbələrinin yüksək effektivliyini qeyd edərək, atılan raketlərin 90%-dən çoxunun hədəflərinə çatdığını və raketdən müdafiə sistemləri tərəfindən qarşısının alınmadığını bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Tehran mümkün düşmən hərəkətlərinə cavabın əvvəlkindən daha güclü olacağı barədə xəbərdarlıq edib.
Seçilən
30
50
oxu.az

10Mənbələr