AZ

Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi olub.

"Cebheinfo.az" "Report"a istinadən xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində qeydə alınıb.

Cavid Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən Elmira İsmayılovanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"

Seçilən
4
4
cebheinfo.az

9Mənbələr