AZ

"Siti" yırtıcı hücum xəttini qurur -

"Mançester Siti" Erlinq Haalanda alternativ olaraq "Yuventus"un serb hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaq istəyir. Metbuat.az xəbər verir ki, iki il əvvəl “Fiorentina”dan “Yuventus”a transfer olunan Vlahoviç “Yuventus” forması ilə qeyri-sabit performans göstərib. Lakin bu mövsüm uğurlu oyun nümayiş etdirən futbolçu yeddi matçda dörd qol və bir məhsuldar ötürmə edib. Məlumata görə, futbolçunun “Yuventus”la müqaviləsi iki il sonra yekunlaşacaq. "Yuventus" serb hücumçu ilə yeni müqavilə imzalamaq üçün səy göstərsə də, tərəflər razılığa gələ bilmir.

Qeyd edək ki, “Mançester Siti”nin hazırda heyətində Haalanddan başqa hücumçu yoxdur. Klub Julian Alvares ilə yollarını ayırdıqdan sonra hücumçu transfer etməyib.

Seçilən
10
metbuat.az

1Mənbələr