AZ

"Ən yaxşı tank bölüyü" adı uğrunda keçirilən yarışın GÖRÜNTÜLƏRİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında "Ən yaxşı tank bölüyü" adı uğrunda yarış keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb.
Hərbi qulluqçulara sıra baxışı keçirildikdən sonra onlardan taktiki və fiziki hazırlıq üzrə məqbullar qəbul olunub. Həmçinin gündüz və gecə vaxtı atış və sürücülük üzrə çalışmalar yerinə yetirilib.
Yarışın yekununda "Ən yaxşı tank bölüyü" adına layiq görülən bölmə müəyyən edilib.
Seçilən
1
oxu.az

1Mənbələr