AZ

İnternat məktəbinə yazılan protokola baxılacaq tarix açıqlandı

11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbovanın sədrliyi ilə oktyabrın 10-da baxılacaq.

 

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci (Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Xəyal Quliyev

Tarix: 3 Oktyabr 2024, 12:03   
Seçilən
9
pravda.az

1Mənbələr