AZ

Azərbaycan və Macarıstan qlobal əhəmiyyətli aktual məsələləri nəzərdən keçirməyə çalışır - Macarıstanın Azərbaycandakı səfiri

Bakı. Trend:

Biz ölkələrimizin, Macarıstanın və Azərbaycanın, yerləşdiyiunikal coğrafi vəziyyətdən yararlanaraq, qlobal əhəmiyyətliməsələləri müzakirə etməyə çalışırıq.

Trend xəbər verir ki, bubarədə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADAUniversitetində keçirilən “COP29 işığında kənd təsərrüfatında və suehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar”adlı beynəlxalq simpoziumda deyib.

“Macarıstan hazırda Avropa İttifaqında sədrliyi həyata keçirirvə ümumilikdə Avropa İttifaqının rəqabət qabiliyyətinin artırılmasıMacarıstan sədrliyinin əsas məqsədlərindən biridir. Həmçinin, kəndtəsərrüfatında dayanıqlılıq və innovasiyalara dəstək verməksədrliyimizin vacib hissəsini təşkil edir. Buna görə də Avropa kəndtəsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına, eyni zamandaekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə ekolojiizlərin azaldılmasına xüsusi diqqət yetirilir”, - səfirbildirib.

Səfir vurğulayıb ki, Macarıstan rəqabətədavamlı, resurslarısəmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan, biliklərəəsaslanan və innovativ kənd təsərrüfatı və qida sənayesininyaradılmasını hədəfləyir.

“İnnovativ kənd təsərrüfatı və qida sənayesi iqtisadisarsıntılara və hazırkı istehsala birbaşa təsir göstərən təbiiamillərə daha dayanıqlı olmalıdır”, - T.Torma əlavə edib.

Qeyd edək ki, ADA Universitetində Macarıstan, İtaliya vəQazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “COP29 işığındakənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsindədayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumkeçirilir.

Alimlərin, eləcə də yerli və xarici ekspertlərin iştirak etdiyitədbirdə qlobal və regional perspektivlər müzakirə olunur, iqlimdəyişikliyinin təsirlərinə xüsusi diqqət yetirilir.

Seçilən
19
az.trend.az

1Mənbələr