AZ

Türkiyə “Qızılalma”nın kütləvi istehsalına başlayır

“Qızılalma”nın kütləvi istehsalı həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraqdar deyib.

O, 2026-cı ildə 10 ədəd belə PUA istehsal olunacağını və gələcəkdə sayının artacağını bildirib.

Səlcuq Bayraqdar “Qızılalma”nın bütün komponentlərinin Türkiyədə istehsal olunduğunu vurğulayıb:

“Qızılama”nın bütün komponentləri Türkiyə istehsalıdır, yalnız reaktiv mühərriki Ukraynadan gəlir. Biz də bu məsələ üzərində işləyirik. Bir neçə il xaricdən asılı olacağıq. 5-6 ildən sonra “Qızılalma”da bir neçə növ mühərrik olacaq”.

Seçilən
16
1
axar.az

2Mənbələr