AZ

Rusiya-Litva sərhədində ukraynalı casuslar tutuldu - VİDEO

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları casusluqda şübhəli bilinən və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə işləyən şəxsləri saxlayıb.

Bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, onlar Rusiyanın Litva ilə sərhədini qanunsuz keçməyə cəhd ediblər.

İstintaq müəyyən edib ki, Ukrayna xüsusi xidmət orqanları Litva ərazisindən sərhədyanı ərazilərin çəkilişi üçün agentlər cəlb edib, həmçinin yerli sakinləri də danışdırıblar.