AZ

Kəşfiyyat: Putin Rusiyanın məğlubiyyətindən sağ çıxmayacaq

Kəşfiyyat:
Kaupo Rozin

“Prezident Vladimir Putin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsindəki məğlubiyyətdən sağ çıxa bilməyəcək”.

Reyting.az
xəbər verir ki, bunu Estoniya Xarici Kəşfiyyat Departamentinin rəhbəri Kaupo Rozin “DW Conflict Zone” proqramında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əgər Putin Ukraynaya qarşı tammiqyaslı təcavüz kimi “belə vəziyyətdən zərərsiz çıxa biləcəyini” başa düşsə, Rusiya qlobal silahlı münaqişəyə başlaya bilər.

Bu kontekstdə Rozin hesab edir ki, Rusiya ilə Qərb arasında mümkün hərbi münaqişənin başlama vaxtını müəyyən etmək üçün bir sıra amilləri nəzərə almaq lazımdır.

“Birinci böyük sual ondan ibarətdir ki, Ukraynadakı münaqişə necə başa çatacaq? Çünki təcavüzkar Rusiyanın gələcək yolu bundan asılı olacaq.

Əgər Rusiya Ukrayna ilə müharibədən qalib, özünə çox güvənən dövlət kimi çıxsa, o, bütün hesablamaları bu yeni vəziyyətə əsaslanaraq aparacaq”, - deyə Estoniya kəşfiyyatının rəhbəri əlavə edib.

Ona görə də, Rozin hesab edir ki, Qərb Rusiyanın Ukraynaya qarşı müharibədən zəifləmiş dövlət kimi çıxmasında maraqlı olmalıdır.

“Düşünürəm ki, Putin Rusiyanın məğlubiyyətindən sağ çıxmayacaq”, - Rozin vurğulayıb.

Onun fikrincə, ikinci amil ruslara silahlı qüvvələri bərpa etmək və ya yaratmaq üçün nə qədər vaxtın lazım olmasıdır.

Bununla belə, o, əmindir ki, Rusiya yaxın illərdə canlı qüvvə və texnika itkilərini bərpa edə bilməyəcək.

ELÇİN
Seçilən
3
2
reyting.az

3Mənbələr