AZ

“Qarabağ”ın oyunçusu TOP 52-də 33-cü olub

“Qarabağ”ın futbolçusu Juninyo 2024-cü ildə ən çox qol vuran futbolçular sırasında yer alıb. 

Bu barədə Beynəlxalq Futbol Federasiyası Tarixi və Statistikası (İFFHS) məlumat yayıb.

Cədvələ 22 və daha çox qol vuran 52 oyunçu düşüb. Ağdam təmsilçisinin hücumçusu Olavio Juninyo isə 23 qolla 33-cü sırada yer alıb. 

Qeyd edək ki, o, Premyer Liqada 9, ölkə kubokunda 5, avrokuboklarda 9 qola imza atıb.

Siyahıya İsveç millisinin və “Sportinq” klubunun üzvü Viktor Qyökeres başçılıq edir. O, 40 qolla liderliyi ələ keçirib.

"Qafqazinfo"

Seçilən
4
3
herbiand.az

4Mənbələr