AZ

Kitabxanaların sayı dəyişməsə da, işçi sayı 165 nəfər azalıb

Ötən il Azərbaycanda 2 min 913 kitabxana, 7 min 987 kitabxana işçisi olub.

Valyuta.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, kitabxanaların sayı əvvəlki illə müqayisədə dəyişməyib. Kitabxanaların 411-i şəhər yerlərində, 2 min 502-si kənd yerlərində olub.

Şəhərdə işləyən kitabxana işçilərinin sayı 3 min 756 nəfər, kənddə işləyən kitabxana işçilərinin sayı 4 min 231 nəfər olub. Əvvəlki illə müqayisədə şəhərdə işləyən kitabxana işçilərinin sayı 84 nəfər, kənddə işləyən kitabxana işçilərinin sayı isə 81 nəfər azalıb. Yəni, ötən il kitabxana işçilərinin ümumi sayı  2022-ci ildə şəhərdə işləyən kitabxana işçilərinin sayı 3 min 840 nəfər, kənddə işləyən kitabxana işçilərinin sayı isə 4 min 312 nəfər olub.

Əvəz Həsənov

Seçilən
15
valyuta.az

1Mənbələr