AZ

Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerji istehsalı 3 dəfə artacaq – Rystad Energy

Bakı. Trend:

Аzərbaycanda bərpa olunan enerji mənbələrindən (hidroenergetikadaxil olmaqla) elektrik enerji istehsalının həcmi 3 dəfə artacaq.2030-cu ilədək ümumi istehsalın ötən ilki 7 faizdən 22 faizədəkartacağı gözlənilir.

Bu barədə Trend-ə Norveçin“Rystad Energy” müstəqil tədqiqat və analitik şirkətindən məlumatverilib.

"Azərbaycan öz enerji balansında bərpa olunan enerjimənbələrinin payını artırmaq səylərini gücləndirir ki, bu da daxilikarbon izini azaltmağa və ixrac üçün təbii qazı azad etməyə imkanverəcək. Ölkə günəş və külək enerjisinin potensialını artıraraq,hazırkı 10 faizdən az olan bərpa olunan enerji mənbələrininelektrik enerjisi istehsalındakı payını üçdə-birinə çatdırmaqniyyətindədir. Bu hədəfə çatmaq üçün 2 milyard dollarlıq "yaşıl"enerji təşəbbüslərinə sərmayə qoyulub. Beynəlxalq investorlar bulayihələrə böyük maraq göstərir və Azərbaycan bu ilin noyabr ayındaBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edərək buöhdəlikləri möhkəmləndirməyi planlaşdırır. Ölkə daxilində bərpaolunan enerji mənbələrinin payının artması Azərbaycan üçün 2027-ciilədək Avropaya qaz ixracını 2 dəfə artırmaq və uzunmüddətli enerjistrategiyasına "yaşıl" hidrogen istehsalını əlavə etməkməqsədlərinə çatmaqda kömək edəcək", - şirkətin mütəxəssisləribildiriblər.

“Rystad Energy” şirkətindən qeyd etdilər ki, Azərbaycandaqeyri-qalıq yanacaqla əlaqəli enerji xərcləri 2020-ci ildə 1faizdən az idisə, ötən il 7 faizdən çox olub və onilliyin sonunaqədər bu göstərici 20 faizi ötəcək.

"Bu isə quraşdırılmış gücün bu ilki 19 faizdən 2027-ci ilə qədər30 faizə qədər artmasına səbəb olacaq. Bununla belə, ölkə həm ixracambisiyalarını, həm də artan daxili tələbatı ödəmək üçün qalıqyanacaqlarına sərmayələri artırmağa davam edəcək", - şirkətinanalitikləri vurğulayıblar.

“Rystad Energy” şirkətindən xatırlatdılar ki, təbii qaz ötən ilAzərbaycanın enerji balansında qalıq yanacağının (92 faiz) böyükhissəsini təşkil edib ki, bu da ölkənin qaz tələbatının təxminənyarısına bərabərdir.

"Hidroenergetika enerji balansında 6 faiz, quruda küləkenerjisi, günəş panelləri və bioenergetika bir yerdə 2 faiz təşkiledib.

“Rystad Energy”-nin əsas ssenarisinə görə, Azərbaycanda bərpaolunan enerji mənbələri əsasında (hidroenergetika daxil olmaqla)elektrik enerjisi istehsalı 2030-cu ilə qədər 3 dəfə artacaq — ötənilki 7 faizdən 22 faizə çatacaq. Quraşdırılmış gücün illik bərpaolunan enerji mənbələri üzrə payı isə onilliyin sonuna qədər 2 dəfəartaraq 2022-ci ildəki 19 faizdən (əsasən hidroenergetika hesabına)2030-cu ildə 38 faizə çatacaq. Bu artım əsasən günəş enerjisi vəquruda külək enerjisi sahəsindəki yeni layihələr sayəsində başverəcək. Bununla belə, təbii qaz əsasında istehsal olunan elektrikenerjisi ölkənin əsas enerji mənbəyi olaraq qalacaq və 2030-cu ildəümumi istehsalın 75 faizini təşkil edəcək, uzunmüddətliperspektivdə keçid yanacağı rolunu oynamağa davam edəcək", -şirkətdən əlavə edilib.

Qeyd edək ki, Azərbaycanda ölkənin malik olduğu "yaşıl" enerjipotensialının səmərəli istifadəsi istiqamətində məqsədyönlü dövlətsiyasəti həyata keçirilir.

Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsiölkənin prioritet vəzifələrindən biri kimi irəli sürülüb.

Araşdırmalara görə, Azərbaycanın bərpa olunan enerjimənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVttəşkil edir.

Məqalədə:
Seçilən
34
1
az.trend.az

2Mənbələr