AZ

Türkiyə XİN: "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Naxçıvan Sazişinin ildönümü ilə bağlı paylaşım edib.

Sitat.info xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb.

"Türk Dövlətləri Təşkilatının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə biz qürurla bütün Türk Dünyasını "Türk Dövlətlərinin Əməkdaşlıq Günü"ndə təbrik edirik. Biz Türk dövlətləri arasında "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün qətiyyətlə çalışmağa davam edəcəyik".

Seçilən
11
1
sitat.info

5Mənbələr