AZ

Rusiyada Musiqili Teatrın binası yandı –Divarlar partlaşıdan dağılıb /VİDEO

Rusiyanıın Xabarovsk vilayətində musiqili teatrda yanğın baş verib.

Azpost.info bildirir ki, bu barədə teleqram kanallarında görüntü yayımlanıb.

Bina tamamilə yanıb. ,Şahidlərin SHOT kanalına verdiyi məlumata görə, ərazidə vaxtaşırı yüksək səslər eşidilib və binadakı strukturlar çökməyə başlayıb. Qonşu küçələrdə nəqliyyatın hərəkəti kəsilib.

Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Yanğının damdan başladığı və alovların çox sürətlə üzərinə yayıldığı məlum olub.  Yerli sakinlərin sözlərinə görə, son günlər binanın dam örtüyündə əsaslı təmir işləri gedirdi.

Yanğının konkret nədən baş verdiyi barədə hələlik rəsmi məlumat yoxdur.

Xabarovsk Musiqili Teatrının binası yanğın nəticəsində demək olar ki, tamamilə yanıb. Yanğının sahəsi 4000 metrə qədər böyüyüb, dam örtüyünün, fasadın bir hissəsi və xarici divarlardan biri dağılıb, söndürülmə zamanı 4 qaz balonu partlayıb.

Yanğın başlayan zaman binanın birinci mərtəbəsində olan teatr işçilərinin SHOT-a bildirdiyinə görə, təhlükəsizlik siqnalı işə düşməyib.

Hazırda yanğının iki əsas versiyası nəzərdən keçirilir. Birinciyə görə, yanğın təmir işləri aparılan damda olub, ikinciyə görə, binanın yanında yerləşən tikinti materialları əvvəlcə yanıb.

İlkin məlumata görə, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Yerli İstintaq Komitəsi artıq yanğın təhlükəsizliyi tələblərinin mümkün pozulması ilə bağlı araşdırma aparır.

Yanğın nəticəsində 3 nəfər yaralanıb, yanğın lokallaşdırılıb.

Seçilən
6
azpost.info

1Mənbələr