AZ

Aİ-nin elektrikli avtomobil rüsumları Avropaya zərər vuracaq

Volkswagen, Avropa İttifaqının Çindən idxal olunan elektrikli avtomobillərə əlavə rüsum tətbiq etmə planlarını tənqid edib.

Fins.az xəbər verir ki, şirkət, bu addımın Avropa avtomobil sənayesinə zərər verəcəyini, çünki bazarda elektrikli avtomobillərə olan tələbin zəif olduğunu bildirib. Volkswagen, sərbəst ticarətin inkişafı və rəqabətə fayda gətirdiyini vurğulayaraq, Almaniya hökumətini Aİ-nin rüsum qərarına qarşı mövqe sərgiləməyə çağırıb.

Aİ-nin Çindən elektrikli avtomobillərə tətbiq etməyi nəzərdə tutduğu rüsumlar 17%-dən 36,3%-ə qədər dəyişir, Tesla üçün isə 9% olacaq. Qəti qərarın noyabrda veriləcəyi gözlənilir.

Seçilən
9
fins.az

1Mənbələr