AZ

Betondan yığma tikinti konstruksiyalarının istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında tikinti materiallarının istehsalı sahəsində 23,9 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 27,8 faiz və ya 5,2 min kubmetr çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hesabat dövründə ötən ilin göstəricisinə nisbətdə 73,3 faiz və ya 43,6 min ton artımla 103,1 min ton sementdən, betondan kərpiclər və oxşar məmulatlar istehsal edilib. Bu məhsul kateqoriyası üzrə sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 16,7 min ton təşkil edib.

Seçilən
2
vergiler.az

1Mənbələr