AZ

Neft qiymətləri Yaxın Şərqdəki gərginliklə artmaqda davam edir

Livandan sonra İsrailin İrana hücumu ilə bağlı Yaxın Şərqdəki gərginlik bazarlarda aktivlərin qiymətinə təsir göstərir. Neft təklifinə təsir gözlənilən bazarlarda qiymət artımı davam edir.

Neft qiymətləri Yaxın Şərqdəki münaqişənin genişlənəcəyi və xam neft tədarükünə təsir edəcəyi ilə bağlı narahatlıqlar səbəbindən artmaqda davam edir. Bu səhər Brent neftinin fyuçersləri 0,83 dollar artaraq 74,73 dollar/barelə, Qərbi Texas nefti isə 0,87 dollar artaraq 70,97 dollara satılır.

IG bazar strateqi Yeap Jun Rong deyib: “Yaxın Şərqdəki geosiyasi risklərdən yaranan ilk həyəcanlardan sonra biz qlobal bazarlara bir qədər sakit qayıdış gördük, lakin təbii ki, bazar iştirakçıları hələ də İsraildən gözlənilən hər hansı cavaba ehtiyatla baxmaqda davam edirlər. Neft üçün əsl sual İranın enerji infrastrukturunun İsrailin hədəfi olub-olmayacağıdır".

Digər IG strateqi Tony Sycamore dedi: “Bundan sonra bu, İsrailin cavabının nə olacağını gözləmək oyunudur və düşünürəm ki, bu, sabah Roş-Ha-Şana bayramı bitdikdən sonra gələcək. İsrailin İranın neft infrastrukturunu hədəfə alacağına şübhə edirəm, çünki belə bir addım neft qiymətlərini 80 dollara çatdıracaq və bu, İsrailin inflyasiyaya qarşı addımlar atan müttəfiqləri tərəfindən birmənalı qarşılanmayacaq".

Seçilən
13
kommersant.az

1Mənbələr