AZ

Abdarahman Von: Afrika ölkələri Fransanın müstəmləkəçilik siyasətinin əsas qurbanlarıdır

Afrika ölkələri Fransanın qəddar müstəmləkəçilik siyasətinin əsas qurbanlarıdır.

“İki sahil” xəbər verir ki, bunu jurnalist və kommunikasiya üzrə mütəxəssis Abdarahman Von “Afrikada Fransanın neokolonializm siyasəti” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, müstəmləkəçilik siyasətindən ən çox qadınlar və uşaqlar əziyyət çəkiblər. Onlar azad və ləyaqətlə yaşamaq imkanından məhrum ediliblər.

“Bizə qarşı ayrı-seçkilik edilir, qul kimi davranılır. İnanırıq ki, müstəmləkəçiliyə qarşı bu müharibədə qalib gələcəyik. Ümid edirəm ki, icmalarımız birləşəcək və qələbə qazanmaq üçün effektiv mübarizə yollarını tapacaq”, - jurnalist qeyd edib.

Seçilən
15
ikisahil.az

1Mənbələr