AZ

Narkotik satmaqda təqsirləndirilən qazi məhkəmə zalında həbs olundu

Bakıda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əziz Səfixanovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Belə ki, təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri dəyişdirilməklə onun barəsində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən Ə. Səfixanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, külli miqdarda narkotik maddə ittihamı ilə təqsirləndirilən Əziz Səfixanov barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, Əziz Səfixanov 44 günlük Vətən Müharibəsində 2 dəfə yaralanıb.

Orxan Rasifoğlu

Seçilən
10
5
e-huquq.az

9Mənbələr