AZ

Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Almaniya Federativ RespublikasınınPrezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizivə bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adındansəmimiyyətlə təbrik edirəm.

Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafınaxüsusi önəm veririk. İnanıram ki, ölkələrimiz arasında dostluqmünasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitarsahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızınmöhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonrada birgə səylər göstərəcəyik.

Noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Almaniya iləsıx əməkdaşlıq edəcəyimizə ümidvar olduğumu bildirirəm.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dostAlmaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Seçilən
14
32
az.trend.az

10Mənbələr