AZ

Donuz taunu İtaliyanı cənginə alıb - 10-dan çox...

10-dan çox ölkə İtaliyada tüğyan edən donuz taunu səbəbindən bu ölkədən donuz əti delikateslərinin idxalına qadağa qoyub.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, fermerlər böyük itki ilə üzləşirlər.

Belə ki, İtaliyanın şimal bölgələrində donuz taunu yayılıb. Fermerlər xəstəliyin yayılmasının qarşısını almaq üçün mal-qaranı kəsməyə məcbur olurlar. Sahibkarlar böyük itkilərlə üzləşirlər. Milan yaxınlığında yerləşən Giovanni Airolinin fermasında 6200 donuz kəsilib:

"Bütün lazımi təhlükəsizlik tədbirlərini görməyimizə baxmayaraq, bu başımıza gəldi. Görünür, bir növ nasazlıq var idi. Bunun nə ola biləcəyini başa düşmürük".

Hazırda fermaya heç kəs buraxılmır. Burada yalnız işçilər işləyir. Onlar xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün ciddi sağlamlıq protokollarına əməl edirlər. Sentyabrın əvvəlində 24 donuz taunu qeydə alınıb. Onların əksəriyyəti Lombardiyada müəyyən edilib. Pyemont və Emilia-Romanya bölgələrindəki vəziyyət də narahatlıq doğurur.

Tipik olaraq, xəstəlik əvvəlcə çöl donuzlarına təsir göstərir və sonra demək olar ki, həmişə ölümcül olduğu ev donuzlarına yayılır. Hazırda donuzçuluğa dəyən ziyan 500 milyon avro dəyərində qiymətləndirilir. Bəzi təsərrüfat sahibləri dolanışıqlarını itirmək riski ilə üzləşirlər.

Ötən ilin yayında İtaliya hökuməti donuz taunu epidemiyası ilə mübarizə üçün yeni komissar təyin edib. Təsərrüfatlara və heyvanların hərəkətinə məhdudiyyətlər tətbiq edilib. Bu tədbirlər öz müsbət nəticələrini verib. Sentyabrın son həftəsində Lombardiyada yalnız bir yeni epidemiya qeydə alınıb. Ancaq bu hələ qələbə deyil.

Seçilən
4
2
bakivaxti.az

3Mənbələr