AZ

İsrail İrana “sərt cavab” vermək qərarına gəldi

İran ötən gecə İsraili hipersəs ballistik raketlərlə vurmuşdu.

News24.az xəbər verir ki, İran mediası Tehranın hücumlarda yeni “Fəttah-1” hipersəs raketindən istifadə etdiyini bildirib.

Hərbi ekspertlər bildiriblər ki, Fettah-1 hədəfinə doğru enərkən raketdən müdafiə sistemlərinin qarşısını almaq üçün düzəlişlər edə bilər.

İran İnqilab Mühafizəçiləri hücumun İsrailin HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İran generalı Abbas Nilfuraşanın öldürüldüyü hücumlarına cavab olaraq həyata keçirildiyini açıqlayıb.

İsrail rəsmiləri daha əvvəl bildirmişdilər ki, bir neçə gün ərzində İranın raket hücumuna "böyük cavab" verəcəklər. Hesab olunurdu ki, qisas İrandakı neft hasilatı obyektlərini hədəfə ala bilər.

İsrail Baş Qərargah rəisi Herzi Halevi də İrana qarşılıq veriləcəyini açıqlayıb və "İsrail Yaxın Şərqin istənilən nöqtəsini vura bilər" deyib.

Raket hücumlarından sonra İsrailin baş naziri Benyamin Netanyahu "İranın böyük səhv etdiyini" iddia edərək, "Bunun əvəzini ödəyəcək" deyib.

Digər tərəfdən İnqilab Keşikçiləri Ordusu İsrailin bu hücuma hərbi yolla cavab verəcəyi təqdirdə "dağıdıcı cavab" alacağı ilə bağlı xəbərdarlıq edib.

ABŞ prezidenti Co Bayden İrana qarşı hücumda nüvə obyektlərinin hədəf alınmasını dəstəkləmədiklərini açıqlayıb.

İsrailin Hərbi Nazirlər Kabineti dünən İranın gündəmi ilə görüşüb.

Dövlət Televiziyası Kan, İsrailin görüşdə İrana qarşı "sərt cavab vermək" qərarına gəldiyini açıqlayıb.

Maraqlıdır ki, İsrail İrana necə cavab verəcək?

Günel Məlikzadə

Seçilən
22
50
news24.az

10Mənbələr